Yol polisi rüşvət alarkən yaxalandı - Pulu cibindən belə çıxardılar - VİDEO

Yol polisi 23 May 2017 23:48 Oxunub 16572
Yol polisi rüşvət alarkən yaxalandı - Pulu cibindən belə çıxardılar - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Sürücü onun videosunu yaydı

Yol polisi postda saxladığı vətəndaşdan rüşvət alarkən digər bir vətəndaş hadisəni görür və kameraya çəkir. Daha sonra isə rüşvət alan yol polisindən cibinə qoyduğu pulu çıxarmağı tələb edir. Lakin polis əlini cibindən çıxartmır. Vətəndaşların təkidli tələbindən sonra isə polis rüşvət almadığını bildirərək kameralardan qaçır.

Lakin bir müddət sonra digər əməkdaş onu hadisə yerindən “uzaqlaşdırmaq” üçün qoluna girir.  Elə bu vaxt rüşvət alan polis əməkdaşı əlinin içərisində əzdiyi pulu yerə tullayır. Bu isə kameralara saniyə-saniyə qeyd edilir. Daha sonra isə vətəndaşlar postda dayanan digər polislərə etirazını bildirərək onlardan bu cür neqativ hallara yol verməməyi və gördükləri vaxt müdaxilə etmələrini tələb edir.

Polisin vətəndaşları qorumalı və qaydaları pozanlara protokol tərtib etməli olduğu halda rüşvət almasını mənfi hal kimi qiymətləndirən vətəndaş bu haqda yuxarı instansiyalara şikayət edəcəyini də əlavə edib.

Avtosfer.az Ukraynada baş vermiş bu hadisənin görüntülərini təqdim edir: 

 

Orxan

ŞƏRH YAZ
Ad

E-mail

Şərh