Bakıda piyada zolağını elə yerə çəkdilər ki... - Görənlər gülür - VİDEO

Avtosfer TV 24 May 2017 01:17 Oxunub 10470
Bakıda piyada zolağını elə yerə çəkdilər ki... - Görənlər gülür - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Zolağın çəkilişində səhvə yol verilib: Piyadalar əziyyət çəkir

Bu yolda piyada zolağının çəkilişində səhvə yol verilib. Nəticəsindən isə piyadalar əziyyət çəkir. Söhbət paytaxtın Xətai rayonu Nəcəfqulu Rəfiyev küçəsindəki yoldan gedir. Bu yolda piyada zolağı qaydalara uyğun çəkilməyib. Yəni, hazırda çəkilən piyada zolaqlarının bir hissəsi səkiyə çıxanda digər hissəsi piyadaları otluq olan əraziyə aparır. Bu yolda piyada zolağı ilə bağlı olan problem tək bununla yekunlaşmır. Bir neçə metr irəli getdikdə eyni vəziyyət burda da yaşanır. Yenə piyada zolağı düz otluq əraziyə doğru çəkilib.

Məsələ ilə bağlı Bakı şəhər Dövlət Yol Polisi idarəsinin bölmə rəisi Vaqif Əsədov bildirdi ki, əraziyə əməkdaşlar tərəfindən baxış keçiriləcək. Əgər yolda piyada zolağı ilə bağlı problem varsa o da aradan qaldırılacaq.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh