Yol polisi “hacı pivəsi” içən sürücünü “sərxoş” tutdu – Bakıda şok olay

Yol polisi 29 May 2017 00:21 Oxunub 11380
Yol polisi “hacı pivəsi” içən sürücünü “sərxoş” tutdu – Bakıda şok olay
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Həmin sürücü hələ də çaş-baş qalıb və məhkəməyə üz tutmaq istəyir

Bakıda yol polisi tarixi hadisəyə imza atıb. Avtosfer.az-ın əldə etdiyi məlumata görə, Bakının rayonlarından birinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları bir sürücünü saxlayaraq sərxoşluq müayinəsi keçiriblər. Sürücü isə bildirib ki, bir butulka alkaqolsuz pivə (hacı pivəsi) içib. Yol polisi təklif edib ki, sürücü bu barədə protokolda yazsın. Sürücü də bir cümlə yazıb ki, “bir butulka pivə içmişəm”. Yol polisi elə bu cümləyə əsaslanaraq həmin sürücünü sərxoş sürücü kimi qeydə alıb və avtomobili cərimə meydançasına aparıblar. Hazırda sürücü bu məsələdən baş-baş qalıb və alkaqolsuz pivə ilə sərxoş olmağın necə mümkün ola bildiyini düşünür.

Sürücü bununla bağlı məhkəməyə müraciət etməyə hazırlaşır.

 

Elmin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh