Yol polisi bir ailəni qəzadan xilas etdi – "Heç qoymadılar ki..."

Yol polisi 25 May 2017 14:13 Oxunub 14478
Yol polisi bir ailəni qəzadan xilas etdi – "Heç qoymadılar ki..."
WhatsApp kanalımıza abunə ola bilərsiniz
“Onlar maşını saxlamasaydılar qəzaya düşəcəkdik”

Günel adlı oxucumuz yol polisinin fəaliyyəti ilə bağlı Avtosfer.az-a məktub yazıb. O bildirib ki, bu yaxınlarda ailəsiylə birlikdə istirahətə gedərkən yol polisləri onları qəzadan xilas edib: “Onlar bizim maşını saxlamasaydılar qəzaya düşə bilərdik. Mən inanmıram ki, bütün DYP işçiləri pisdir. Bu yaxınlarda ailəmlə Lənkərana istrahətə gedirdik. Yol polisləri Cəlilabadən axırında – “Prişif” postunda bizi saxladılar. Səbəbini bilmıdik, amma yaxşı ki, saxlayıblarmış. Dedilər ki, arxa təkərə şüşə girib, azca boşalıb. Maşını atam sürürdü. Yaşlı kişidir, fikir verməyib təkərin boşalmasına. Sağ olsunlar, yol polisləri heç qoymadılar ki, atam nəsə elısin. Öləri ehtiyyat təkəri çıxarıb dəyişdilər və bizi yola saldılar. Birinin adı Zamiq Həsənov idi, o birinin adı təəsüüf ki, yadımda qalmayıb. Onlara çox təşəkkür edirəm. Yaxşıları çoxdur”.

 

Elmin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh