ABŞ-da təyyarə havaya qalxarkən mühərriki alışıb

Qəzalar 24 May 2017 11:30 Oxunub 1052
ABŞ-da təyyarə havaya qalxarkən mühərriki alışıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hazırda xəsarət alanlar haqqında məlumat yoxdur

“United Airlines” şirkətinin təyyarəsi səmaya qalxarkən mühərriklərindən biri alışıb, göyərtədə olan sərnişinlər təxliyə edilib. Avtosfer.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə yerli “CBS New York” telekanalı məlumat yayıb. Telekanalın məlumatına görə, “Boeing 757” təyyarəsi Nyu-Cersidəki Beynəlxalq Nyuark Liberti aeroportundan San-Fransiskoya uçmalı idi. Təyyarədə 124 sərnişin və yeddi heyət üzvü olub. Ehtimal edilir ki, təyyarənin sağ hissəsindəki mühərrikdə alışma baş verib.  Hava limanından verilən məlumata görə, hazırda xəsarət alanlar haqqında məlumat yoxdur.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh