Mingəçevirdə ağır qəza: 29 yaşlı oğlan öldü - VİDEO

Avtoxəbər 10 Noyabr 2014 13:31 Oxunub 1839
Mingəçevirdə ağır qəza: 29 yaşlı oğlan öldü - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
“Mercedes” yüksək sürətlə hərəkətdə olarkən idarəetməni itirib

Mingəçevir şəhərində ölümlə nəticələnən yol-nəqliyyat  hadisəsi baş verib. APA TV-nin xəbərinə görə, şəhər sakini, 1985-cı il təvəllüdlü Əkbərov Zaur Nadir oğlu idarə etdiyi 90-BA-980 dövlət nömrəli nişanlı “Mercedes” markalı minik avtomobili ilə yüksək sürətlə hərəkətdə olarkən idarəetməni itirib və maşın yoldan çıxaraq 2 ağaca çırpılıb. Zərbənin gücündən maşın əzilərək ağaca bitişik vəziyyətdə qalıb. Ağır bədən xəsarətləri alan sürücü dərhal ətrafdakı sakinlərin köməyi ilə maşından çıxarılıb. Təcili olaraq Mingəçevir şəhər Mərkəzi Xəstəxanasına çatdırılan Zaur Əkbərovun həyatını xilas etmək mümkün olmayıb. Mingəçevir Şəhər Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin rəisi Bəlyər  Bəşirli bildirib ki, qəzaya yüksək sürətin səbəb olduğu ehtimal edilir. Faktla bağlı araşdırma aparılır.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh