Benzindaşıyan maşını yük maşını ilə toqquşdu - 12 ölü, 15 yaralı

Qəzalar 24 May 2017 14:10 Oxunub 1214
Benzindaşıyan maşını yük maşını ilə toqquşdu - 12 ölü, 15 yaralı
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Ölənlərin hamısı tunelin içində olan avtomobillərdə olub

Çində avtomobil tunelində partlayış baş verib. Qəzaya səbəb benzindaşıyan maşının digər yük maşını ilə toqquşması olub. Avtosfer.az Oxu.az-a istinadən xəbər verir ki, hadisə mayın 24-də səhər saatlarında Hebey əyalətində Çjantszyakou və Şitszyaçjuan şəhərləri arasında yolda olan tuneldə baş verib. Benzindaşıyan maşın yük maşını ilə toqquşub, nəticədə yağın olub, benzindaşıyan maşın partlayıb. Alov o qədər güclü olub ki, yalnız yolda olan avtomobilləri deyil, hətta tunelin üstündə olan evləri belə bürüyüb. Ölənlərin hamısı tunelin içində olan avtomobillərdə olub. Yanğın nəticəsində evlərdə yaşayan sakinlərdən on beş nəfəri yanıq yaraları və digər xəsarətlər alıblar.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh