Qəza işıqlarını yandırmaq yolu kəsməyə icazə vermir - FOTO

Avtoreyd 24 May 2017 15:41 Oxunub 2478
Qəza işıqlarını yandırmaq yolu kəsməyə icazə vermir - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yoxsa, 10 UL 830 xüsusi imtiyaza malikdir?

Gördüyünüz foto dünən axşam saatlarında Təbriz küçəsindən Heydər Əliyev prospekti istiqamətində olan Əbdüləzəl Dəmirçizadə küçəsində çəkilib. Belə ki, işıqfora az qalmış 10 UL 830 dövlət nömrə nişanlı “BMW” markalı avtomobil yolun hərəkət hissəsində qəza işıqlarını yandıraraq saxlayıb. Sürücü isə avtomobili tərk edərək harasa gedib.

Yolun cəmi iki dar zolaqdan ibarət olduğunu və işıqforun cəmi 15 saniyə yandığını nəzərə alsaq bu dayanma-durma qayda pozuntusu tıxaca səbəb olur. Zolaqla hərəkət edən avtomobillər məcbur olub yolunu dəyişməli və sağ zolağa keçməlidirlər. Sağ zolaqla da hərəkət edən avtomobillərin olduğunu nəzərə alsaq ümumi olaraq yolda əməlli-başlı tıxac yaradır. 

Sürücünün qəza işıqlarını  yandırması ona heç bir üstünlük hüququ vermir. Hətta 5 dəqiqəlik olsa belə avtomobili bu vəziyyətdə saxlamaq ciddi tıxaca səbəb olur. 

Orxan

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh