Yol polisi aeroport yolundakı bu nişanı götürdü – VİDEO

Avtoxəbər 24 May 2017 16:25 Oxunub 2179
Yol polisi aeroport yolundakı bu nişanı götürdü – VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Kamran Əliyev: "Orada heç bir sürücüyə 250 manat cərimə tətbiq olunmayıb"

DİN Baş Dövlət Yol Polisi İdarəsi aeroport şossesində quraşdırılan yol nişanı ilə bağlı açıqlama verib. İdarənin şöbə rəisi, polkovnik Kamran Əliyev Avtosfer.az-a bildirib ki, Bakı Olimpiya Stadionunun yanında quraşdırılan 40 km/saat sürət nişanı sürücülərə heç bir problem yaratmır və orada kimsəyə 250 manat cərimə tətbiq olunmur: "Bu nişan İslam Həmrəyliyi Oyunları ilə bağlı Olimpiya Stadionuna gedənlər üçün nəzərdə tutulmuşdu. Həmin yerə beton sədlər qoyularaq stadiona gedənlər üçün ayrıca zolaq yaradılmışdı. Nişanı da ona görə qoydular ki, stadiona gedən sürücülər 40 km/saat sürətlə hərəkət etsinlər. Bu, müvəqqəti yol nişanıdır. Amma külək tez-tez aşırdığı üçün yerə bərkidiblər. Bu gün betonları oradan götürəndən sonra nişanı bir az gec çıxarıblar. Video da həmin vaxt çəkilib. Artıq nişanı oradan götürüblər".

Qeyd edək ki, bu gün yayılan videoda ərazidə 100 km/saat sürət rejimi tədbiq oldunduğu halda qəflətən sürətin 40-a endirildiyi və sürücülərin burada 250 manat cərimə oluna biləcəyi ehtimalı vurğulanırdı.

 

Elmin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh