Bu yerlərdən maşının kondisionerinə qaz vurdurmayın - VİDEO

Avtoxəbər 24 May 2017 23:21 Oxunub 3166
Bu yerlərdən maşının kondisionerinə qaz vurdurmayın - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Avtomobil kondisioneri haqqında məlum olmayanlar

Havalar günü-gündən isindiyindən bəzi sürücülər artıq kondisionerlərdən istifadə etməyə başlayıb. Ancaq peşakar avtomobil ustaları deyir ki, sezon başlamazdan əvvəl avtomobilin kondisionerlərinə qulluq mütləqdir. Avtomobilin kondisionerlərinə vaxtında qulluq edilməməsi sizi əlavə xərcə sala bilər. Sürücülərin əksəriyəti elə bu cür edir. Yəni, uzun müddət istifadə etmədikləri kondisioneri anidən işə salırlar. Ancaq avtomobil ustalar həyəcan təbili çalır. Peşakar ustalar bildirirlər ki, kondisioner istifadə edilməzdən əvvəl ona bəzi qulluqların edilməsi mütləqdir.

Usta Namiq Nağıyevin sözlərinə görə, avtomobilə bu xidmətlər vaxtdında göstərilməsə, sürücü əlavə maddi ziyana düşə bilər. Usta deyir ki, salon filtirlərinin təmizlənib, yenidən istifadəsi ümumiyyətlə məsləhət deyil. Həmin filtirlər mütləq yeniləri ilə əvəz edilməlidir. Namiq Nağıyev tövsiyə edir ki, sürücülər kondisionerə ən azı iki ildən bir xüsusi aparatlar vasitəsi ilə qaz-frion vurdursun. Kustar üsulla, yol kənarlarında qoyulan adi balonlardan kondisionerə qaz vurdurmaq məsləhət deyil.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh