Qubernator: "Bakı nəqliyyat infrastrukturu ilə məni heyran etdi"

Gündəm 25 May 2017 11:27 Oxunub 777
Qubernator: "Bakı nəqliyyat infrastrukturu ilə məni heyran etdi"
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Vladimir Yakuşev: Şəhərin təhlükəsizliyi və abadlığı da yaxşı təəssürat oyatdı

"Bakıya səfər edərkən Azərbaycanda nəqliyyat infrastrukturu məsələsinə diqqətlə və məsuliyyətlə yanaşdıqları aydın olur". Avtosfer.az "Report"a istinadən xəbər verir ki, bunu Tümen vilayətinin qubernatoru Vladimir Yakuşev azərbaycanlı jurnalistlərlə görüşündə deyib. "Region rəhbəri kimi mənim üçün nəqliyyat infrastrukturu həmişə ağrılı yer olub. Çünki bu gün şəhərin yollarına baxıb onun dünya standartlarına uyğun olub-olmadığını müəyyənləşdirirlər. Bakıda hava limanından hərəkətə başlayan kimi bu işə çox ciddi, məsuliyyətlə, diqqətlə yanaşdıqları görünür", - V.Yakuşev bildirib. Vilayət rəhbərinin sözlərinə görə, şəhərin təhlükəsizliyi və abadlığı da onda yaxşı təəssürat oyadıb. O, Bakıya çox turistin gəldiyini qeyd edib: "Turist axını, əlbəttə ki, iqtisadiyyat deməkdir. Çünki bütün infrastruktur, kiçik biznes, restoran, kafe, turizm agentlikləri işləyir. Bir sözlə, şəhər müasir, gözəl görünür, eyni zamanda, Şərq özəlliyini itirməyib".

ŞƏRH YAZ
Ad

E-mail

Şərh