Xocalı hava limanından uçuşlara qarşı tədbirlər görüləcək

Gündəm 25 May 2017 11:33 Oxunub 756
Xocalı hava limanından uçuşlara qarşı tədbirlər görüləcək
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Uçuşlara qadağan olunmuş zona barədə rəsmi məlumat AIP-də öz əksini tapıb

Xocalı hava limanından hər hansı qanunsuz uçuşlara qarşı Azərbaycan Respublikasının Müvafiq İcra Hakimiyyəti orqanları tərəfindən “Aviasiya Haqqında” Qanuna və “Azərbaycan Respublikasının hava məkanından istifadə Qaydaları”na uyğun tədbirlər görüləcək. Avtosfer.az xəbər verir ki, bu barədə Trend-ə Azərbaycan Respublikasının Dövlət Mülki Aviasiya Administrasiyasından məlumat verilib. Bildirilir ki, Xocalı hava limanının Azərbaycanın Respublikasının Qarabağ bölgəsi ərazisində yerləşdiyini və bu ərazilərdə uçuşların təhlükəsizliyinə tam zəmanət verilmədiyini nəzərə alaraq, “Aviasiya Haqqında” Qanuna uyğun olaraq bu ərazi Azərbaycan Respublikasının Dövlət Mülki Aviasiya Administrasiyası tərəfindən mülki aviasiya üçün qadağan olunmuş zona elan edilib. Uçuşlara qadağan olunmuş zona barədə rəsmi məlumat Azərbaycan Respublikasının Aeronaviqasiya Məlumatları Toplusunda (AIP) öz əksini tapıb. Yuxarıda qeyd olunanlar nəzərə alınaraq, hər hansı qanunsuz uçuşlara qarşı Azərbaycan Respublikasının Müvafiq İcra Hakimiyyəti orqanları tərəfindən “Aviasiya Haqqında” Qanuna və “Azərbaycan Respublikasının hava məkanından istifadə Qaydaları”na uyğun tədbirlər görüləcək.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh