Sərnişinlərin nəzərinə - Avtobuslar əvvəlki yerlərinə qaytarılacaq

Gündəm 25 May 2017 11:42 Oxunub 818
Sərnişinlərin nəzərinə - Avtobuslar əvvəlki yerlərinə qaytarılacaq
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Köçürülmədən ən azı 1 həftə qabaq mətbuata xəbər veriləcək

““Atletlər Kəndi”nin nəqliyyat problemləri həll olunduqdan sonra Koroğlu Mübadilə Mərkəzi yenidən əvvəlki yerinə qaytarılacaq”.  Avtosfer.az xəbər verir ki, bu sözləri Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev “qafqazinfo”ya açıqlamasında deyib. O bildirib ki, köçürülmədən ən azı 1 həftə qabaq mətbuata xəbər veriləcək.  Xatırladaq ki, NMM-in yerinin dəyişdirilməsinin səbəbi  paytaxtda keçiriləcək IV İslam Həmrəyliyi Oyunları zamanı ətraf kənd və qəsəbələrdən Koroğlu metrostansiyasına, eləcə də əks istiqamətdə hərəkət edən sərnişin avtobuslarının rahat, fasiləsiz ən əsası da təhlükəsiz fəaliyyətini təmin etmək idi.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh