Bakıda DYP əməkdaşı qəza törədib; 7 yaralı var

Yol polisi 10 Noyabr 2014 23:47 Oxunub 4068
Bakıda DYP əməkdaşı qəza törədib; 7 yaralı var
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Vaqif Əsədov yol polisinin qəza törətməsi barədə açıqlama verib

Bakıda yol polisi əməkdaşlarının iştirakı ilə ağır qəza baş verib. Bu barədə kütləvi informasiya vasitələrində yazılıb. Yayılan məlumatlarda bildirilir ki, noyabr ayının 7-də səhərə yaxın Üzeyir Hacıbəyov küçəsində 10 YP 442 dövlət nömrə nişanlı yol polisi maşını motosikleti qovarkən içi sərnişinlə dolu “Ford” avtomobilinə dəyib. Zərbənin təsirindən “Ford” səkiyə çırpılıb. Nəticədə sərnişinlərdən 7 nəfər yaralanıb. Dövlət yol polisinin əməkdaşlarının da xəsarət aldığı deyilir. Bütün yaralılar təcili olaraq xəstəxanaya aparılıb.

"Yayılan məlumatlar Bakı şəhər Dövlət Yol Polisi İdarəsində araşdırılacaq". Bunu isə anspress-ə açıqlamasında qurumun ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov deyib. Onun sözlərinə görə, əgər qəa baş veribsə hadisənin günahkarı mütləq cəzalandırılacaq. “Əgər qəza baş verirsə, sükanda kimin oturduğunun fərqi yoxdur. Müəllim, həkim, jurnalist, yaxud yol polisi. Əgər qəza baş verirsə, bunun nəticəsi və günahkarı barədə danışmaq lazımdır. Yol polisi də adamdır. O da səhv buraxa bilər. Yol poisi də qəza törədə bilər. Əgər günahkar olarsa, cəzalanacaq”.

Yol polisinin sözlərinə görə, indi verilən informasiyalarda hadisələr şişirdilir: “Ay-haray, yol polisi bunu etdi. Çalışırlar ki, yol polisinin fəaliyyətinə kölgə salsınlar. Yol polisi də digər vətəndaşlar kimi qayda-qanuna əməl etməlidir. Əks halda onlar barədə də tədbirlər görüləcək”.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh