"BMW" motorlu "QAZ M-20 Pobeda" - VİDEO

Yeniliklər 25 May 2017 23:24 Oxunub 1939
"BMW" motorlu "QAZ M-20 Pobeda" - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
2.5 litrlik və 192 at gücünə malik motoru var

Köhnə avtomobillərə yeni “nəfəs” vermək bir çox avtomobil həvəskarlarının sevdiyi işdir. Hətta buna görə, bir neçə maşının pulunu belə xərcləyə bilirlər. 

Bu dəfə isə Ukraynada köhnə və demək olar ki, yararsız vəziyyətdə olan “QAZ M-20 Pobeda” avtomobilinə “ikinci həyat” bəxş edilib. “BMW” asqısı və motoru ilə təchiz edilmiş avtomobilin salonunda müxtəlif modellərdən istifadə olunub.  2.5 litrlik və 192 at gücünə malik motora sahib olan avtomobilə elə “BMW”nin avtomatik sürət qutusu yerləşdirilib.

Nəticədə isə tam yeni bir model ortaya çıxıb. Avtosfer.az sözügedən avtomobilin görüntülərini təqdim edir:

 

Orxan

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh