Uçan taksilərin tarifi açıqlandı – VİDEO

Maraqlı 25 May 2017 23:00 Oxunub 1243
Uçan taksilərin tarifi açıqlandı – VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bir mil (1.6 km) üçün 1,5-dən 2,5 dollar

Fransanın təyyarə istehsalçı şirkəti olan “Airbus”, gələcəyin uçan ictimai nəqliyyat vasitəsi olan “CityAirbus”un qiymətini açıqlayıb. Cenevrə avtomobil sərgisində təqdim edilən modelin 2020-ci ildə istifadəyə veriməsi gözlənilir. “Project Vahana” olaraq adlandırılan layihə çərçivəsində hazırlanan modeli istifadə edən sərnişinlər gedəcəkləri hər mil (1.6 km) üçün 1,5-dən 2,5 dollar arasında ödəniş edəcəklər. Uçan taksi sifariş vermək istəyənlər onu ağıllı telefonlarına yükləyəcəkləri mobil tətbiqlə  istədikləri ünvana çağıra biləcəklər. İlkin olaraq pilotlar tərəfindən idarə ediləcək “CityAirbus”, növbəti mərhələdə sürücüsüz olaraq istehsal ediləcək.

2018-ci ildə Sinqapur universitetində nümunə modelləri çıxarılmağa başlanacaq uçan taksinin test uçuşlara nə va başlayacağı haqqında isə hər hansı məlumat verilmir.

Avtosfer.az sözügedən modelin görüntülərini təqdim edir:

 

Orxan

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh