İki qadını avtomobil vurdu - Şirvanda

Qəzalar 25 May 2017 14:29 Oxunub 794
İki qadını avtomobil vurdu - Şirvanda
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı araşdırma aparılır

Şirvan şəhərində yolu keçən qadınları avtomobil vurub. Avtosfer.az-ın APA-ya istinadən məlumatına görə, hadisə Şirvan şəhəri Məhəmməd Əmin Rəsulzadə küçəsində qeydə alınıb. Avtomobil yolu keçən Şirvan sakinləri, 1966-cı il təvəllüdlü İsmayılova Fəridə Ələkbər qızı və 1975-ci il təvəllüdlü  Əsədova Səbinə Tofiq qızını vurub. Hər iki qadın Şirvan şəhər xəstəxanasının travmatologiya şöbəsində yardım alıb. Onların həyatı üçün təhlükə yoxdur. Faktla bağlı Şirvan Polis Şöbəsində araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh