Reysə gecikən deputatlar təyyarəni geri qayıtmağa məcbur ediblər

Gündəm 25 May 2017 15:39 Oxunub 1010
Reysə gecikən deputatlar təyyarəni geri qayıtmağa məcbur ediblər
WhatsApp kanalımıza abunə ola bilərsiniz
“Bundan sonra hamı mənim kim olduğumu və gücümü bilər”

Əfqanıstan Aviasiya İdarəsi iki deputata – Qulam Hüseyn Naseri və Abdulla Rahman Şahidaniyə qarşı iddia irəli sürüb. Belə ki, Kabuldan səmaya qalxan təyyarə onlara görə Bamianda enişi ləğv edərək geri qayıtmalı olub. Avtosfer.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə “Əl-Cazirə” məlumat yayıb. Şahidaninin Bamianda polis zabiti olan oğlu təyyarənin geriyə Kabula qayıtması və atası ilə digər deputatı götürməsi üçün səy göstərib. Parlamentarilər onlara görə geri qayıdan təyyarəyə qalxıblar, uçuşdan öncə Şahidani bəyan edib ki: “Bundan sonra hamı mənim kim olduğumu və gücümü bilər”.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh