"Lada"-nın “Transformers”i hazırlandı – VİDEO

Texnologiya 25 May 2017 15:48 Oxunub 1582
"Lada"-nın “Transformers”i hazırlandı – VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
"Hazırladığımız “Transformers”-ə maraq böyükdür, hər kəsin diqqətini çəkir"

Rusiyada yaşayan Gennadi Koçerga və Sergey Koçerga adlı ata və oğul “LADA (VAZ) 2110” model avtomobildən dünyaca məşhur olan “Transformers” filmindəki robotun bənzərini yaradıblar. Avtosfer.az xəbər verir ki, sözügedən robot-avtomobildə filmdə olduğu kimi silah da yerləşdirilib. Ata Gennadi Koçerga bildirib ki, sözügedən ideya Sinqapura səfər zamanı yaranıb: “Sinqapura səfər etmişdim. Həmin vaxtı oradan “Transformers” oyuncağı alıb gətirdim. Daha sonra həmin oyuncağa baxaraq, bunu avtomobil üzərində sınaqdan keçirdim. Oğlum Sergeylə təqribən 6 ay sözügedən robot-avtomobilin üzərində çalışdıq. Hesab edirəm ki, kifayət qədər uğurlu alınıb”. Gennadi Koçerga sözügedən robot-avtomobilə “Optimus Gennadieviç Praimov” adı verdiyini söyləyib: “Hazırladığımız “Transformers”-ə maraq böyükdür, hər kəsin diqqətini çəkir. Yəqin ki, gələcək aylarda 2 avtomobilin də robotunu yaratmaq mümkün olacaq”. (publika)

ŞƏRH YAZ
Ad

E-mail

Şərh