Reys "Wi-Fi" səbəbindən təxirə salındı

Maraqlı 25 May 2017 16:42 Oxunub 1043
Reys "Wi-Fi" səbəbindən təxirə salındı
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Sərnişinlər təyyarədən təxliyyə edilərək hotellərə yerləşdirilib

Meksikadan Böyük Britaniyaya uçmalı olan təyyarənin pilotu reysi həyata keçirməkdən imtina edib. Avtosfer.az-ın Trend-ə istinadən məlumatına görə, buna səbəb sərnişinlərdən birinin telefonunda təyyarəyə oturduqdan sonra “Cihadçının telefonu” adlı Wi-Fi şəbəkəsi tapması olub. Sərnişin bu barədə göyərtə əməkdaşlarına məlumat verdikdən sonra təyyarəyə polis çağırılıb. Polisin axatrışları fayda verməyib. Belə ki, həmin şəbəkənin kim tərəfindən yaradıldığı məlum olmayıb. Eyni zamanda təyyarədə ekstremistin ola bilməsi barədə ehtimal sərnişinlər arasında təşvişə səbəb olub. Şəbəkə bir neçə saat sonra yoxa çıxsa da, pilot uçuşu həyata keçirməyə razı olmayıb. Nəticədə sərnişinlər təyyarədən təxliyyə edilərək hotellərə yerləşdirilib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh