Avtobusda tutulan cibgir polisə təhvil verildi

Gündəm 25 May 2017 17:17 Oxunub 891
Avtobusda tutulan cibgir polisə təhvil verildi
WhatsApp kanalımıza abunə ola bilərsiniz
587 manatını oğurlayıb

Vətəndaş polis münasibətlərindəki qarşılıqlı inam, polisə ictimai dəstək hər zaman ümumi işə - cəmiyyətin təhlükəsizliyinə xidmət edir. Bu gün ölkəmizdə belə münsibətlər var və bu etimadı polis öz şərəfli xidməti ilə qazanıb.     

DİN-dən Avtosfer.az-a verilən məlumata görə, mayın 24-də Sabunçu rayonunun Zabrat qəsəbəsi ərazisində hərəkətdə olan 107 saylı xətt avtobusunda Sultan Tağıyev cibindən pulunun çıxarılmasından duyuq düşür. Sərnişinlərdən biri yaranmış sıxlıqdan istifadə edərək onun cibindən 587 manatını oğurlayıb, lakin səs-küy yarandığından həmin pulu yerə atmağa məcbur olub.  

Digər sərnişinlərin köməyi ilə saxlanılan həmin şəxs barəsində qanuni ölçü götürülməsi üçün avtobusdan düşürülərək dayanacağın yaxınlığındakı Əlahiddə Çevik Polis Alayının əməkdaşlarına təhvil verilib.

Şübhəli şəxs qismində 15-ci Polis Bölməsinə gətirilənin Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Fəhrəddin Məlikov olduğu müəyyən edilib. Onun üzərinə baxış zamanı 0,766 qram heroin də aşkar edilərək götürülüb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh