Buranın yolları acınacaqlı vəziyyətdədir - VİDEO

Xəbərlər 26 May 2017 00:01 Oxunub 1547
Buranın yolları acınacaqlı vəziyyətdədir - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Problemdən ən çox əziyyət çəkən məktəblilər və avtobus sürücüləridir

Yol bərbad vəziyyətdə olduğundan avtomobillər çətinliklə hərəkət edir. Bura Sabunçu rayon, Maştağa qəsəbəsi Albalı Bağları yeni yaşayış massividir. Massivin mərkəzindən keçən İlqar Həsənov küçəsinin hazır ki, vəziyyəti ürək açan deyil. Problemdən ən çox əziyyət çəkən məktəblilər və marşrut avtobuslarının sürücüləridir. Sakinlər deyir ki, məsələ ilə bağlı aidiyyatı qurumlara dəfələrlə müraciət ediblər.

Maştağa qəsəbə İcra Nümayəndəliyində həmin yolla bağlı sakinlərin dəfələrlə nümayəndəliyə müraciət etdiyini təsdiqlədilər. Ancaq İlqar Hüseynov küçəsi Bələdiyənin balansında olduğundan təmirinə cavabdeh deyillər. Maştağa Bələdiyyəsinin sədri İlqar Qurbanov isə müsahibə yerməkdən yayınsa da, şifahi olaraq bildirdi ki, həmin massivdə yaşayanlar əmlak vergisini vermir. Buna görə də, həmin yol təmir edilə bilmir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh