Bakıda ağır qəza: "07" ilə hərbi avtobusla toqquşdu - 2 ölü, 2 yaralı

Gündəm 26 May 2017 01:26 Oxunub 5302
Bakıda ağır qəza: "07" ilə hərbi avtobusla toqquşdu - 2 ölü, 2 yaralı
WhatsApp kanalımıza abunə ola bilərsiniz
"07"dəki sərnişinlərdən biri hadisə yerində, digəri xəstəxanada ölüb

Bakının Qaradağ rayonunda iki nəfərin ölümü və daha iki nəfərin xəsarət alması ilə nəticələnmiş ağır yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az Report-a istinadən xəbər verir ki, hadisə Lökbatan dairəsi yaxınlığında qeydə alınıb. Belə ki, "VAZ-2107" markalı avtomobillə Dövlət Sərhəd Qoşunlarına məxsus kiçik tutumlu avtobus toqquşub. Nəticədə "VAZ 2107"dəki sərnişinlərdən biri hadisə yerindəcə ölüb. Qəza zamanı habelə 3 nəfər - 1989-cu il təvəllüdlü Məhmədov Cəlal Cəfərağa oğlu, 1987-ci il təvəllüdlü Musayev Elçin Adil oğlu və 1981-ci il təvəllüdlü Paşayev Rüfət İdris oğlu ağır xəsarətlər alaraq xəstəxanaya yerləşdirilib. Xəstəxanaya yerləşdirilən Rüfət Paşayev ilkin tibbi yardım zamanı dünyasını dəyişib.

Faktla bağlı Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsində araşdırmalara başlanılıb.

Avtosfer.az FHN-ə istinadən xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Qaradağ rayonunda “VAZ” markalı minik avtomobillə “MAZ” markalı avtobusun toqquşması nəticəsində yol-nəqliyyat qəzasının baş verməsi barədə məlumat daxil olub. Dərhal Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq sıxılmış vəziyyətdə qalmış 2 nəfər sərnişini minik avtomobilindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh