Rusiyada qəza - İki azərbaycanlı yaralandı

Qəzalar 26 May 2017 01:30 Oxunub 788
Rusiyada qəza - İki azərbaycanlı yaralandı
WhatsApp kanalımıza abunə ola bilərsiniz
"KamAZ"la "VAZ" markalı minik avtomobili toqquşub

Rusiyada "KamAZ" markalı yük avtomobili ilə "VAZ" markalı minik avtomobili toqquşub. Avtosfer.az APA-ya istinadən xəbər verir ki, hadisə Novorossiyskdə gecə saatlarında baş verib. Qəza nəticəsində minik avtomobilində olan iki nəfər ağır xəsarət alıb. Onların Azərbaycan vətəndaşları olduğu bildirilir. Qeyd olunur ki, "VAZ"-ın sürücüsü, 1987-ci il təvəllüdlü şəxs çoxsaylı bədən xəsarətləri və kəllə-beyin silkələnməsi travması ilə xəstəxanaya çatdırılıb. Onun sərnişininin (1991-ci il təvəllüdlü) də başından ağır zədə aldığı bildirilir.

Faktla bağlı araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh