Vağzala ərə gedən qadın: "Eşqimiz çox ehtiraslıdır" – VIDEO

Maraqlı 26 May 2017 18:05 Oxunub 2692
Vağzala ərə gedən qadın: "Eşqimiz çox ehtiraslıdır" – VIDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
"Heç bir kişi Deydranı əvəzləyə bilməz. Deydra mənə əsla xəyantə etməz, məni atmaz"

36 il əvvəl bu binada yıxılanda aşiq oldum. Onu çox sevirəm, o da məni sevir. Eşqimiz çox ehtiraslıdır. Amerikalı Kerolayn Santa-Fe ABŞ-ın San-Dieqo şədhərindəki Santa-Fe dəmiryol vağzalına vurulub. O, vağzala "ərə gedib". Avtosfer.az milli.az-a istinadən bildirir ki, 45 yaşlı Kerolayn vağzalı "Deydra" adlandırdığını söyləyir. "9 yaşım olanda bu vağzalda yıxılmışdım. Yerə dəyəndə, sanki, dəyişdim. Ayağa durdum və vağzalın binasına baxanda ona vuruldum. 2015-ci ildə də nikahımız oldu. 2011-ci ilədək ona eşqimi gizlədirdim, kimsəyə demirdim. Nikah günü isə həm mənim, həm də onun həyatında ən gözəl gün oldu", - Kerolayn deyib. Həkimlərin dediklərinə görə, bu qadın cansız əşyalara paradoksal, anormal bağlılıq olan "objectum sexual" sindromuna mübtəladır. Kerolayn hər gün işdən sonra avtobusa oturur, 45 dəqiqə yol gedəndən sonra vağzala çatır. "Deydra"nı salamlayan Kerolayn iki divarın arasındakı məkana yollanır, orada divarlara sarılır və divarları öpür, oxşayır. Qadının dediyinə görə, vağzal da onu sevir: "Divarlara toxunanda hiss edirəm ki, o da məni qucaqlayır. Divara toxunanda, sanki, vağzalla cinsi əlaqədə oluram. Vağzalda qatarların hərəkətə gəldikləri anları da sevirəm. Bu anlarda vəcdə gəlirəm". Kerolaynın dediyinə görə, bir vaxtlar Tom adlı kişini sevib və onunla 18 ay birlikdə yaşayıb. "Lakin heç bir kişi Deydranı əvəzləyə bilməz. Deydra mənə əsla xəyantə etməz, məni atmaz", - 45 yaşlı qadın söyləyib. 1979-cu ildə Almaniyanın paytaxtı Berlində yaşayan Eklof Berliner-Mauer 1979-cu ildə Berlin divarına vurulmuş, divara ərə getmişdi.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh