"Qələbə dairəsi"ndə hərəkət qaydası dəyişdi - Svetofor qoyulur

Avtoxəbər 26 May 2017 13:30 Oxunub 10447
"Qələbə dairəsi"ndə hərəkət qaydası dəyişdi - Svetofor qoyulur
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yol-nəqliyyat hadisələrinin, baş verə biləcək sıxlığın yaranmaması məqsədilə

Bakının “Qələbə” dairəsi kimi tanınan ərazisində yol-nəqliyyat hadisələrinin, baş verə biləcək sıxlığın yaranmaması məqsədilə həmin ərazidə avtomobillərin hərəkət istiqamətində dəyişiklik edilib. Avtosfer.az xəbər verir ki, bunu Trend-ə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov deyib. V.Əsədov bildirib ki, Akim Abbasov küçəsindən Həsən bəy Zərdabi küçəsinin Molla Pənah Vaqif küçəsi ilə kəsişən hissəsinə çıxan nəqliyyat vasitələrinin hərəkət istiqaməti yalnız sağa – Həsən bəy Zərdabi küçəsi istiqamətinə yönəldilir. Şöbə rəisinin sözlərinə görə, artıq son tamamlama işləri aparılır: “Molla Pənah Vaqif küçəsi boyunca yaşayan avtomobil sahiblərindən və sürücülərindən xahiş edilir ki, həmin ərazidə diqqətli olsunlar və qoyulmuş yol nişanlarının tələblərinə uyğun hərəkət etsinlər. Eyni zamanda həmin əraziyə yaxın məsafələrdə dayanma-durmanı qadağan edən yol nişanı qoyulacaq ki, bu da sürücülər tərəfindən nəzərə alınmalıdır”.

Qeyd edək ki, əraziyə svetofor da quraşdırılıb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh