Təyyarədə siqaret çəkən şəxs 9 il həbs edildi

Maraqlı 26 May 2017 17:30 Oxunub 1232
Təyyarədə siqaret çəkən şəxs 9 il həbs edildi
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Con Koks anasının vəfatı və ailə problemi ilə bağlı sarsıntı keçiribmiş

Britaniyanın Birmingem şəhər Məhkəməsi 2016-ci ildə təyyarənin ayaqyolunda siqaret çəkərkən, yanğın törədən Con Koksin cəzasını ağırlaşdırıb. Avtosfer.az BBC-yə istinadən xəbər verir ki, 2015-ci ildə o, Birmingehmdən Misirin Şarm-əş-Şeyx kurort şəhərinə uçan təyyarənin göyərətsində siqaret çəkərkən, törətdiyi yanğına görə 4,5 il azadlıqdan məhrum edilmişdi. 2017-ci ilin yanvarında məhkəmə işə yenidən baxıb. C.Koks günahkar olduğunu deyərək, davranışının insanların həyatı üçün təhlükə yaratdığını etiraf edib. Məhkəmə isə onun cəzasını ağırlaşdıraraq 9 il müddətinə azadlıqdan məhrum edilməsi haqqında qərar verib. Apelyasiya məhkəməsində C.Koks bildirib ki, həmin tarixdək anasının vəfatı və ailə problemi ilə bağlı sarsıntı keçirib. Siqareti də bu səbəbdən çəkib. Qeyd edək ki, C.Koksun da göyərtəsində olduğu təyyarədə 200 sərnişin olub 10 min metr yüksəklikdə uçurmuş. 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh