Bələdiyyə sədri "Prado" ilə qəzaya düşdü – FOTO

Qəzalar 26 May 2017 15:27 Oxunub 1143
Bələdiyyə sədri "Prado" ilə qəzaya düşdü – FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
“VAZ-2107” markalı avtomobillə “Toyota-Prado” toqquşub

Bərdə rayonunda sərxoş sürücü qəza törədib. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, hadisə şəhərin Koroğlu küçəsində qeydə alınıb. Belə ki, rayon sakinləri Nurlan Çərkəzlinin idarə etdiyi “VAZ-2107” markalı avtomobillə Sadiq Vaqif oğlu Xəlilovun idarə etdiyi “Toyota-Prado” markalı avtomobil toqquşub. Nəticədə hər iki sürücü ağır bədən xəsarətləri alaraq Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. “VAZ-2107”-nin sürücüsünün avtomobili sərxoş vəziyyətdə idarə etməsi məlum olub.

Qeyd edək ki, “Toyota-Prado” markalı avtomobilin sürücüsü S.Xəlilov Bərdə Şəhər Bələdiyyəsinin sədridir. Faktla bağlı araşdırmalara başlanılıb. 

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh