Bulvarda atraksionlar pulsuz olacaq  

Gündəm 26 May 2017 15:34 Oxunub 1139
Bulvarda atraksionlar pulsuz olacaq   
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Aksiyanın yüksək səviyyədə təşkili üçün Dənizkənarı Bulvar İdarəsi gücləndirilmiş iş rejimində çalışacaq

1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə ilə Dənizkənarı Milli Parkda attraksionlardan, qatarlardan və gəmi gəzintisindən uşaqların ödənişsiz istifadə aksiyası keçirililəcək. Avtosfer.az Trend-ə istinadən xəbər verir ki, Dənizkənarı Bulvar İdarəsinin Heydər Əliyev Fondunun dəstəyi ilə həyata keçirdiyi aksiyada yaşı 16-ya qədər uşaqlar iyunun 1-də saat 10:00-dan 15:00-dək bulvardakı əyləncə vasitələrindən istifadə edə bilərlər. Aksiyada 3 uşaq qatarı, 2 avtodrom, 2 karnaval, uşaq pavliyonu, "Qorxulu Ev", "Pirat", "Möcüzələr dünyası", "Qüllə" attraksionları, "Şəfəq" və "Mirvari" gəzinti gəmiləri azyaşlılara ödənişsız xidmət göstərəcək. Aksiyanın yüksək səviyyədə təşkili üçün Dənizkənarı Bulvar İdarəsi gücləndirilmiş iş rejimində çalışacaq. 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh