Avtomobil inəyi vurdu - Şəkidə

Qəzalar 26 May 2017 15:40 Oxunub 1580
Avtomobil inəyi vurdu - Şəkidə
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Xoşbəxtlikdən sürücü qəzadan xəsarətsiz ötüşüb

Gecə saatlarında Şəkidə Qırxbulaq kəndi ərazisində avtomobil inəyi vurub. Avtosfer.az arbsheki-yə istinadən xəbər verir ki, Şəkinin Baş Zəyzid kənd sakini Xaləddin Lətifov idarə etdiyi 55-BM-192 dövlət nömrə nişanlı VAZ-2106 markalı avtomobillə kənd istiqamətində hərəkətdə olarkən qəfildən qarşısına inək çıxıb. İribuynuzlu heyvan tələf olub, avtomobil yararsız hala düşüb. Xoşbəxtlikdən sürücü qəzadan xəsarətsiz ötüşüb. 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh