Cənub bölgəsi təhlükədə: çökmə sahələri aktivləşib

Gündəm 26 May 2017 17:17 Oxunub 952
Cənub bölgəsi təhlükədə: çökmə sahələri aktivləşib
WhatsApp kanalımıza abunə ola bilərsiniz
"Respublikanın əksər bölgələrində isə çökmə halları baş verir"

Son günlər respublika ərazisində müşahidə edilən yağışlı hava sürüşmə sahələrində ciddi aktivliyə səbəb olmasa da, çökmə sahələrində dəyişiklik müşahidə edilir. Avtosfer.az xəbər verir ki, bu sözləri publika.az-a açıqlamasında Milli Geoloji Kəşfiyyat Xidməti Geoloji Planlama Ekspedisiyasının ekzogen geoloji proseslərin öyrənilməsi partiyasının rəisi Sadiq Əmiraslanov deyib. Onun sözlərinə görə, hazırda çökmə hadisələri ilə bağlı ən çox müraciətlər cənub bölgəsi - Masallı, Lənkəran, Astara, Lerik və Yardımlıdan olur. S.Əmiralanov çökmə hallarının dağ kəndlərində daha çox müşahidə edildiyini deyib: “Sürüşmə kütləsi olan bəzi sahələrdə səthi yuyulma müşahidə edilir. Lakin bu təhlükə yaradan hal deyil. Respublikanın əksər bölgələrində isə çökmə halları baş verir. Bu da ərazidə geoloji şəraiti, həmçinin texnogen amillərin təsiri nəticəsində baş verir. Bu halların həm regional, həm də lokal formada baş verdiyi ərazilər var. Respublikanın əksər ərazilərində bu hadisələrin təzahürləri müşahidə edilir. Lənkəran-Lerik avtomobil yolu, Bakı-Şamaxı yolu, Ağsu aşırımı, Şamaxının dağlıq ərazilərində aktivlik müşahidə edilsə də, ciddi dəyişiklik baş verməyib. Bizim hazırda əsas monitorinqlərimiz çökmə ərazilərində davam etdirilir. Vətəndaşların müraciətləri əsasında bu ərazilərdə araşdırma aparıb, nəticələri barədə aidiyyəti qurumlara məlumat veririk. Son günlər Masallı rayonunun dağətəyi kəndlərində çökmə oturma prosesi genişlənib müşahidə edilir. Qodman kəndinin sakinlərində bu barədə müraciət daxil olub. Çökmə insanların köçürülməsinə təsir etməyib, lakin lokal sahələrdə prosesin təzahürləri müşahidə edilib. Çökmə prosesi barədə dolğun fikir yürütmək üçün tədqiqatlar aparılmalıdır. Bu tədqiqatların nəticələri əsasında müəyyən tədbirlər görülə bilər”.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh