Sürücülərə şad xəbər: Bakıda təmirə bağlanan iki yol açılıb

Yeniliklər 11 Noyabr 2014 02:34 Oxunub 1576
Sürücülərə şad xəbər: Bakıda təmirə bağlanan iki yol açılıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Koroğlu Rəhimov və Gülayə Qədirbəyova küçələrndə asfalt örtüyü yenilənib

Bakının Gülayə Qədirbəyova və Koroğlu Rəhimov küçələrində aparılan təmir işləri dünən başa çatıb. Günün ikinci yarısında yolda hərəkət bərpa olunub. Koroğlu Rəhimov küçəsində asfalt örtüyü yenilənib, yol cizgiləri, piyada keçidləri və yol göstərici xətləri çəkilib. Gülayə Qədirbəyova küçəsində isə yola yeni asfalt örtüyü çəkilib.

Qeyd edək ki, Bakının nəqliyyatın hərəkətinin sıx olduğu Koroğlu Rəhimov və Gülayə Qədirbəyova küçələri noyabrın 7-dən təmirə bağlanıb. Yolun bağlanması noyabrın 7-də böyük təxaclara səbəb olub. Tıxac noyabrın 8-də də davam edib. Noyabrın 9-u qeyri-iş günü olsa da, həmin ərazidə nəqliyyatın hərəkətində sıxlıq müşahidə olunub.

 

Emin

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh