Daha 8 maşın ucuz qiymətə satışa çıxarılır – “Hyundai” 3800 manat

Avtobazar 27 May 2017 00:18 Oxunub 22493
Daha 8 maşın ucuz qiymətə satışa çıxarılır – “Hyundai” 3800 manat
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Dövlət balansında olan avtomobillərin hərracı təşkil olunacaq

Əmlak Məsələləri Dövlət Komitəsi iyunun 20-də hərraca çıxarılan nəqliyyat vasitələrinin siyahısını açıqlayıb. Avtosfer.az-ın komitəyə istinadən verdiyi məlumata görə, budəfəki hərracda 8 avtomobil var. Onlar Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə, Xaçmaz rayon İcra Hakimiyyətinə, Daxili İşlər Nazirliyi Maddi-Texniki Təminat Baş İdarəsinə bilavasitə tabe olan Avtomobil Təsərrüfatına, Ədliyyə Nazirliyi Penitensiar Xidmətinə və Mərkəzi Banka məxsuz avtomobillərdir. 

Qeyd edək ki, 1-ci sətirdə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin balansında olan nəqliyyat vasitəsi 5-ci dəfə 50% endirimlə təkrar hərraca çıxarılır.

2-ci sətirdə Xaçmaz rayon İcra Hakimiyyətinin balansında olan nəqliyyat vasitəsi 5-ci dəfə 50% endirimlə təkrar hərraca çıxarılır

3-cü sətirdə Daxili İşlər Nazirliyi Maddi-Texniki Təminat Baş İdarəsinə bilavasitə tabe olan Avtomobil Təsərrüfatının balansında olan nəqliyyat vasitələri 2-ci dəfə təkrar hərraca çıxarılır.     

4-7-ci sətirdə Ədliyyə Nazirliyi Pentensiar Xidmətin balansında olan  nəqliyyat vasitələri 3-cü dəfə 10% endirimlə təkrar hərraca çıxarılır.  

Sifarişlər Əmlak Məsələləri  Dövlət Komitəsi yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzində (Bakı şəhəri, Zeynal Xəlil küçəsi 11) və yaxud e–emdk.gov .az elektron portalı vasitəsilə  hərracın keçirilməsinə ən gec 3 (üç) bank günü qalanadək qəbul olunacaqdır: Nəqliyyat vasitələri barədə ətraflı məlumatı privatization.az portalından almaq olar. Hərracda iştirak etmək üçün (elektron sifariş verənlər istisna olaraq) hərracın keçirilməsinə ən azı 3 bank günü qalanadək aşağıdakı sənədlər təqdim olunmalıdır:

Sifarişçinin şəxsiyyətini təsdiq edən sənəd (Hüquqi şəxslər üçün:notarial qaydada təsdiq olunmuş qeydiyyat şəhadətnaməsi, nizamnaməsi və VÖEN)

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən müəyyən edilmiş hesaba behin köçürülməsini təsdiq edən sənəd. (10% məbləğində beh Mərkəzi Bankda – AZ65NABZ01361150000000004944 nömrəli hesablaşma hesabına ödənilməlidir)

(tel:566-07-44)

 

Elmin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh