Maşını saxlayan kimi qapını açan sürücü qəza şəraiti yaratdı - VİDEO

Xəbərlər 27 May 2017 09:48 Oxunub 3960
Maşını saxlayan kimi qapını açan sürücü qəza şəraiti yaratdı - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Qapısını açmazdan əvvəl əmin olmaq lazımdır ki, heç kimə maneə yaratmayacaqsan

Bakıda yol hərəkəti qaydasını pozaraq digər avtomobillərə təhlükə yaradan sürücünün görüntüsü Avtosfer.az-a göndərilib. Mayın 18-i Pirşağı Sovxoz yolundan üzü Mehdiabada gedən yolun sağında dayanmış 99-GX-147 qeydiyyat nişanlı "Opel Astra" markalı avtomobilin sürücüsü qapını açaraq avtomobildən düşən zaman arxadan gələn avtomobilə qəza şəraiti yaradıb.

Ölkəmizdə bu tip sürücülər çoxdur. Hər gün hamımızın qarşısına belə sürücülər çıxır. Avtomobilin qapısını açmazdan əvvəl əmin olmaq lazımdır ki, heç kimə maneə yaratmayacaqsan. Əmin olmaq üçün ən sadə variant budur ki, iki saniyəlik xarici güzgülərə baxasan.

"Yol hərəkəti haqqında" qanunun 52-ci maddəsinin VIII hissəsində qeyd olunub ki, nəqliyyat vasitəsi qapılarının açılması yol hərəkətinin digər iştirakçıları üçün maneə yaradarsa, onları açmaq qadağandır.

 

Təbriz

ŞƏRH YAZ
Ad

E-mail

Şərh