Geriyə döməli olan sürücü bu vəziyyətdə nə etməlidir? - DOĞRU CAVAB

Yarışma 27 May 2017 10:42 Oxunub 3945
Geriyə döməli olan sürücü bu vəziyyətdə nə etməlidir? - DOĞRU CAVAB
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Öyrənək, öyrədək

Avtosfer.az ötən həftənin sualının doğru cavabını və ilk doğru cavab verib qalib gəlmiş şəxsin kimliyini açıqlayır. Yol hərəkətinə dair biliklərini sınamaq istəyənlər üçün budəfəki sual manevr etmə qaydaları ilə bağlıdır. Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov tərəfindən hazırlanan sual belədir:

Bu yolayrıcında geriyə döməli olan sürücü bu vəziyyətdə nə etməlidir?

a)  Stop-xətt qarşısında dayanmalı, svetoforun əsas yaşıl işıq bölməsinin yanmasını gözləməlidir;

b) Hərəkətini davam etdirərək sağa dönməlidir;

c) Sol hərəkət zolağına yerdəyişmə edərək stop-xətt qarşısında dayanmalı və əsas yaşıl işıq bölməsinin yanmasını gözləməlidir.

Sualın doğru cavabı belədir: Yolayrıcında quraşdırılmış 5.8.1 nişanı sağ hərəkət zolağından yalnız sağa dönməyə icazə verir.  Deməli, sualın doğru cavabı “B” variantı olacaq: Bu yolayrıcında sürücü geriyə dömək arzusunda olsa da, mövcud yol nişanının və svetoforun əlavə yaşıl işıq bölməsinin tələbinə uyğun olaraq hərəkətini davam etdirərək sağa dönməlidir.

Suala ilk doğru cavabı Vüsal adlı oxucumuz verib. Onu təbrik edirik.

Sualın sponsoru "Monza" avtomobil yağlarıdır. Qalib gəlmiş şəxsə "Monza" yağı 50 faiz endirimlə verilir. Qalib gəlmiş gəlmiş şəxs də nömrəyə zəng edərək hədiyyəsini əldə edə bilər. Tel: 050-648-83-13

Bu yağlarının fərqlilyi ondadır ki, həm də Almaniyanın daxili bazarında və Avropa bazarında özünə kifayət qədər yer edə bilib Buna görə də "QOMAS" avto olaraq, qürurla deyə bilirik ki, almanların öz avtomobilləri üçün istifadə etdiyi yağları Azərbaycanlılar üçün gətirdik!

Bu yağların orijinalığını yoxlamaq isə çox sadədir. Bunu üçün telefonunuzun kamerasını yağın qabının üzərində olan xüsusi ştrix-kodlu hissəyə tutmanız kifayətdir. Bu zaman birbaşa "MONZA" yağlarının saytı açılacaq və istənilən məlumatı buradan əldə edə biləcəksiniz.

Sualın digər sponsoru "SMS Radar" xidmətidir. Siz 5666-ya SMS göndərməklə bütün cərimələrəniz haqqında məlumat ala bilərsiniz. Qalib gəlmiş şəxs bu xidmətdən pulsuz istifadə haqqı qazanıb. Hədiyyə ilə bağlı daha ətraflı məlumat üçün 055 288 11 27 nömrəsinə zəng edin!

Avtosfer.az saytından 5 manatlıq danışıq kartını əldə etmək üçün 070 335 15 59-a zəng edə bilərsiz.

 

Avtosfer.azundefined

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh