İslam Həmrəyliyi Oyunlarında heç bir təxribat qeydə alınmayıb"

Gündəm 27 May 2017 10:04 Oxunub 745
İslam Həmrəyliyi Oyunlarında heç bir təxribat qeydə alınmayıb"
WhatsApp kanalımıza abunə ola bilərsiniz
DTX bu kimi halların qarşısını almaq üçün bir il əvvəldən başlayaraq müvafiq tədbirlər keçirməyə başlayıb

"IV İslam Həmrəyliyi Oyunlarında heç bir təxribat qeydə alınmayıb". Avtosfer.az-ın "Report"a istinadən məlumaına görə, bunu jurnalistlərə açıqlamasında Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi, general-leytenant Mədət Quliyev deyib. Onun sözlərinə görə, DTX bu kimi halların qarşısını almaq üçün bir il əvvəldən başlayaraq müvafiq tədbirlər keçirməyə başlayıb: "Digər dövlətlərin xüsusi xidmət orqanları ilə bir yerdə, qarşılıqlı işləyirdik". M.Quliyev bildirib ki, İslamiadada fantastik uğurlar qeydə alınıb: "Medalların sayını gördünüz. Dünyanın heç bir yerində gənclərlə belə siyasət aparılmır, gənclərə bu cür diqqət yetirilmir. Təbii ki, bu uğurlar aparılan siyasətin məntiqi, davamlı nəticəsidir. Azərbaycanın birinci yerə çıxmağı təbii və məntiqlidir. Çünki Azərbaycanda idmana, gənclərə, tərəqqiyə böyük diqqət var. Bu baxımdan belə də olmalıydı".

ŞƏRH YAZ
Ad

E-mail

Şərh