BNA "Məktəblilərlə Bir Yoldayıq" layihəsinə start verib - FOTO

Gündəm 27 May 2017 11:23 Oxunub 1192
BNA "Məktəblilərlə Bir Yoldayıq" layihəsinə start verib - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Xüsusi aktivliyi ilə seçilən şagirdlər isə hədiyyələrlə mükafatlandırılıb

Bakı Nəqliyyat Agentliyinin (BNA) “Bir Yoldayıqsosial maarifləndirmə kampaniyası çərçivəsində “Məktəblilərlə Bir Yoldayıqlayihəsinə start verilibBNA-dan Avtosfer.az-a verilən məlumata görə, layihə çərçivəsində paytaxtın orta məktəblərində aşağı sinif şagirdləri xüsusi təlimlərə cəlb ediləcək. İlk təlimlər Bakı şəhəri Binqədi rayon İcra Hakimiyyətinin dəstəyi ilə 126, 244 və 246 saylı orta məktəblərində təhsil olan 300 nəfərə yaxın şagird üçün təşkil edilib. BNA Sürücü Təlim Mərkəzinin təlimçisi şagirdlərə yol hərəkəti və ictimai nəqliyyatda etik davranış qaydalarına əməl edilməsi ilə bağlı məlumat verib. Bu qaydalara əməl edilməsinin həm şəxsi təhlükəsizlikləri, həm də bir şəxsiyyət olaraq formalaşmaları baxımından əhəmiyyətli olması diqqətə çatdırılıb.  Şagirdlərin marağını artırmaq üçün təlimlər interaktiv keçirilib, viktorinalar təşkil edilib. Eyni zamanda, məktəblilərə BNA-nın azyaşlılar üçün hazırladığı “İctimai Nəqliyyatda Davranış Qaydaları” adlı şəkilli izahat kitabçaları  təqdim olunub. Xüsusi aktivliyi ilə seçilən şagirdlər isə hədiyyələrlə mükafatlandırılıb. Qeyd edək ki, “Bir Yoldayıq” kampaniyasının əsas məqsədi, yol hərəkəti iştirakçılarının, o cümlədən piyada, sürücü və sərnişinlərin innovativ vasitələrdən istifadə etməklə maarifləndirilməsidir.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh