Avtomobildən 22180 ədəd xarici markalı siqaret aşkar edildi

Gündəm 27 May 2017 12:02 Oxunub 882
Avtomobildən 22180 ədəd xarici markalı siqaret aşkar edildi
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı araşdırma aparılır

Aksiz Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində Azərbaycan ərazisinə qaçaqmalçılıq yolu ilə gətirilən aksiz markasız siqaretlərin realizə edilməsinin qarşısı alınıb. DGK-dan Avtosfer.az-a verilən məlumata görə, Baş İdarənin gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında Azərbaycan vətəndaşının idarə etdiyi "VAZ 2106" markalı minik avtomobili Bakı şəhəri, Xətai prospektində saxlanılıb. Avtomobilə baxış keçirən gömrükçülər 22 180 ədəd aksiz markasız xarici markalı siqaret aşkar ediblər. Faktla bağlı araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh