Estoniyalı yol mühəndisləri ilə "Azəravtoyol"da görüş keçirildi

Gündəm 27 May 2017 14:44 Oxunub 845
Estoniyalı yol mühəndisləri ilə "Azəravtoyol"da görüş keçirildi
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Qonaqlara Azərbaycanın avtomobil yolları şəbəkəsi, icra olunan yol infrastrukturu layihələri barədə məlumat verilib

“Azəravtoyol” ASC-nin sədri Saleh Məmmədov Estoniya Yol Agentliyinin əməkdaşlarından ibarət nümayəndə heyəti ilə görüşüb. ASC-dən Avtosfer.az-a verilən məlumata görə, görüşdə Azərbaycanla Estoniya arasında avtomobil yolları sahəsində əməkdaşlığın gələcək perspektivləri barədə fikir mübadiləsi aparılıb. S.Məmmədov rəhbəri olduğu cəmiyyətin fəaliyyəti, Azərbaycanın avtomobil yolları şəbəkəsi, icra olunan yol infrastrukturu layihələri və gələcəkdə icrası nəzərdə tutulan layihələr barədə məlumat verib. Qeyd olunub ki, ölkənin tranzit yükdaşımaları üçün əlverişli coğrafi mövqedə yerləşməsi şərq-qərb, xüsusən də şimal-cənub istiqamətində avtomobil yollarının yenidən qurulmasının əhəmiyyətini artırır. İran sərhədinə qədər inşa olunan avtomobil yolunun da iki ölkə arasında əlaqələrin möhkəmləndirilməsi baxımından əhəmiyyəti xüsusi olaraq vurğulanıb. Estoniya nümayəndə heyəti da öz növbəsində ölkələrinin yol şəbəkəsi, həyata keçirilən yol infrastrukturu layihələri barədə məlumat veriblər. Görüşdə Azərbaycan və Estoniya dövlət başçılarının siyasi iradəsinin, keçirilən görüşlərin iki ölkə arasında əməkdaşlığın inkişafına təkan verdiyi, əlaqələrin müxtəlif sahələrdə uğurla davam etdiyi və gələcəkdə avtomobil yolları sahəsində də əməkdaşlığın zəruri olduğu vurğulanıb. Qeyd edək ki, Estoniya Yol Agentliyinin əməkdaşları üçün “Azəravtoyol” ASC tərəfindən təşkil edilən üçgünlük infotur başa çatıb. İnfotur çərçivəsində qonaqlar Azərbaycanın müasir yol infrastrukturu ilə tanış olublar, yolların yenidən qurulması layihələri çərçivəsində aparılan işlərlə yerində tanış olub, mühəndislərlə görüşüblər.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh