Yeraltı tunellər layihəsi üçün yeni nəqliyyat vasitəsinin ilk FOTOLARI + VİDEO

Texnologiya 27 May 2017 21:00 Oxunub 1559
Yeraltı tunellər layihəsi üçün yeni nəqliyyat vasitəsinin ilk FOTOLARI + VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Avtomobillər həmin tunellərdə saatda 200 km sürətlə hərəkət edəcəklər

Elon Musk-ın yeni şirkəti olan “Boring Company”, yeraltı tunellər üçün nəzərdə tutulmuş nəqliyyat vasitəsinin ilk maket fotosunu təqdim edib. Qeyd etmək lazımdır ki, Elon Musk bu yeni şirkəti, yeraltı tunellərin inşası üçün yaradıb. Avtosfer.az xəbər verir ki, bir neçə vaxt bundan öncə Musk bildirmişdi ki, yeraltı tunellər, avtomobillər və Hyperloop qatarları üçün nəzərdə tutulacaq. Avtomobillər xüsusi elektrikli platformalar vasitəsilə tunelə enərək həmin platformalar sayəsində tunel daxilində hərəkət edəcəklər. Göründüyü kimi təkcə avtomobillərlə yeraltı tunellər layihəsi sərhəd tanımır. Şirkətin saytında sözügedən tunellər üçün nəzərdə tutulmuş maraqlı nəqliyyat vasitəsinin fotosu təqdim olunub. Həmin nəqliyyat vasitəsi, elektrikli platforma ilə birləşən və korpusu şüşədən olan avtobusu xatırladır. Şirkət və ya Elon Musk-ın özü bu yeni fotolarla bağlı heç bir məlumat verməyiblər. Elon Musk-ın planına əsasən sözügedən layihə, 30 yeraltı tunel səviyyəsindən ibarət olacaq və avtomobillər həmin tunellərdə saatda 200 km sürətlə hərəkət edəcəklər.

 

Namiq

https://www.technobuffalo.com/wp-content/uploads/2017/05/boring-company-minibus-concept-002-1280x720.jpg

https://www.technobuffalo.com/wp-content/uploads/2017/05/boring-company-minibus-concept-001-1280x720.jpg

https://www.technobuffalo.com/wp-content/uploads/2017/05/boring-company-minibus-concept-003-1280x720.jpg

ŞƏRH YAZ
Ad

E-mail

Şərh