Ramil Usubov Bərdədə vətəndaşlarla görüşüb

Gündəm 27 May 2017 16:58 Oxunub 887
Ramil Usubov Bərdədə vətəndaşlarla görüşüb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Qəbulda 81 nəfər iştirak edib

Daxili işlər naziri, general-polkovnik Ramil Usubov mayın 26-27-də Bərdə Rayon Polis Şöbəsində daxili işlər orqanlarının fəaliyyəti və səlahiyyəti ilə bağlı məsələlərlə əlaqədar növbəti qəbul keçirib. DİN mətbuat xidmətindən Avtosfer.az-a verilən məlumata görə, iki gün davam edən qəbulda Bərdə də daxil olmaqla bölgənin 12 şəhər və rayonundan müraciət edən 81 nəfər iştirak edib. Vətəndaşları şəxsən dinləyən nazir onları narahat edən problemlərin operativ şəkildə, mövcud qanunvericiliyə uyğun həlli üçün aidiyyəti baş idarə və xidmət rəislərinə konkret tapşırıqlar verib. Müraciətlərin böyük əksəriyyəti yerindəcə öz həllini tapıb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh