"Beşmərtəbə" dairəsi yox oldu - Yeni qaydalar belə olacaq - FOTOLAR

Avtoxəbər 27 May 2017 20:47 Oxunub 18170
"Beşmərtəbə" dairəsi yox oldu - Yeni qaydalar belə olacaq - FOTOLAR
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Geriyə dönmək üçün yeni qayda müəyyən edilib

Bakının "Beşmərtəbə" adlanan dairəsi ləğv edilərək hərəkətin təşkilinə dəyişiklik olunub. Avrosfer.az  xəbər verir ki, indiyə kimi "Nizami" metrosundan (Şıxəli Qurbanov küçəsindən) gələn avtomobillər dairəyə daxil olaraq həm "Nizami" metrosu istiqamətinə geri qayıda bilirdi,həm də Şəmsi Bədəlbəyli küçəsinə dönərək 28 may istiqamətinə gedirdilər. Bu gündən sonra "Nizami" metrosu istiqamətindən düşən avtomobillər Akademik Milli Dram teatrının yanından sağa dönərək həm Nərimanov prospekti istiqamətinə gedə bilərlər,həm də Teatrın arxasından geriyə dönərək Şəmsi Bədəlbəyli küçəsi istiqamətinə (28 may istiqamətinə) gedə bilərlər. Füzuli küçəsindən dairəyə gələn sürücülər də həmçinin sağa "Nizami" metrosu istiqamtinə gedə bilər,həm də düzünə Nərimanov prospekti istiqamətə gedə bilər.

Hal hazırda qeyd olunan yerdə asfalt örtüyü çəkildiyinə görə avtomobillərin hərəkətində sıxlıq müşahidə olunur.

 

Təbriz

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh