Bazarda belə avtomobillərə maraq artıb - SƏBƏB - VİDEO

Avtodünya 28 May 2017 02:12 Oxunub 5112
Bazarda belə avtomobillərə maraq artıb - SƏBƏB - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bu tələbat qiymətlərə də təsirsiz ötüşməyib

Bir zamanlar satışı çox zəif olan 8-9 və daha çox yerlik avtomobilləri indi tapmaq müşkülə çevrilib. Buna səbəb belə avtomobillərə marağın artmasıdır. Satıcılar bildirirlər ki, bu tələb son 1 ildə daha da çoxalıb. Xüsusilə də yeni nəsil avtomobillərə maraq böyükdür. Elə bu səbəbdən də hazırda ölkəyə gətirilən avtomobillərin əsas hissəsini 8-9 yerlik avtomobillər təşkil edir. Turizm sezonu yeni başladığına görə bu avtomobillərin qiymətinin növbəti aylarda daha da artacağı gözlənilir.

Satıcılar deyirlər ki, daha imkanlı turistlər əsasən lüks avtomobillərə üstünlük verirlər. Əsasən də avtomobilin içində internetin olmasını istəyirlər. Belə maşınlar qiyməti isə çox baha olur.

8-9 yerlik avtomobillərin günlük kirayəsi isə ili köhnə olan avtomobillər üçün 100-150 manat, lüks avtomobillər üçün isə 250 manatdan başlayır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh