Sürücülərin nəzərinə! - ''Qələbə'' dairəsindəki dəyşikliklə bağlı - VİDEO

Avtoxəbər 28 May 2017 02:17 Oxunub 6446
Sürücülərin nəzərinə! - ''Qələbə'' dairəsindəki dəyşikliklə bağlı - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Dəyşiklikdən sonra tıxac yaranır, sürücülər narahatdır

Pik saatlarda yaranan sıxlığı aradan qaldırmaq məqsədi ilə ''Qələbə'' dairəsində dəyşiklik edilib. Dairəyə daxil olan nəqliyyat vasitələri artıq işıqforla tənzimlənir. Bir neçə gün əvvəl Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi tərəfindən əraziyə qoyulan işıqforlar artıq səhər saatlarından işləyir. Bunun üçün yolda da bəzi təmir işləri aparılır. Salamzadə küçəsinin əsas və ona paralel olan köməkçi yolun arakəsmə hissəsi sökülərək bir qədər kiçildilməklə yol genişləndirilir. Salamzadə küçəsindən gələn nəqliyyat vasitələrinin sürücüləri sağa, yəni Həsənbəy Zərdabi küçəsinə heç bir maneə olmadığı üçün işıqforu gözləmədən daxil ola biləcəklər.

Dəyşiklikdən sonra səhər saatlarında Həsən bəy Zərdabi küçəsində tıxac yaranıb. Sürücülər həmin yoldakı işıqforun yaşıl işığının Salamzədə küçəsi ilə ilə müqayisədə az yanması ilə əlaqələndirdilər.

Daha bir dəyşiklik isə Vaqif küçəsində edilib. Bunun üçün həmin yola da "dayan” və "sağa” nişanları qoyulub. Ərazidə təmir işləri də tamamlanmaq üzrədir.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov dəyşiklikdən sonra sürücülərə həmin yolda diqqətli olmalarını tövsiyə edir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh