Sərt döngədə qayda pozub qəzaya düşdülər - Şəlalənin yanında - FOTO

Qaydalar 28 May 2017 02:57 Oxunub 2334
Sərt döngədə qayda pozub qəzaya düşdülər - Şəlalənin yanında - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
“Mercedes” “Ford”la toqquşdu, yaralanan var

Yardımlıda iki avtomobil toqquşub, nəticədə bir nəfər xəsarət alıb. Hadisə Masallı-Yardımlı yolunda, Yardımlı şəlaləsinin yaxınlığında baş verib. “Mercedes” markalı minik avtomobil qarşıdan gələn “Ford” markalı yük avtomobil ilə toqquşub. Nəticədə Masallı rayonunun Yeddioymaq kənd sakini, 1988-ci il təvəllüdlü Nemət Meydan oğlu Nağıyev müxtəlif dərəcəli bədən xəsarətləri alıb. O, Masallı rayon mərkəzi xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Avtosfer.az diqqətə çatdırır ki, fotolardan da göründüyü kimi, qəza avtomobillərdən birinin sərt döngədə digərinin yoluna çıxması nəticəsində baş verib.

APA

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh