ABŞ-ın "təyyarə məzarlığı" – FOTO

Avtosfer Foto 28 May 2017 18:38 Oxunub 2314
ABŞ-ın "təyyarə məzarlığı" – FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
"Məzarlıq"dakı bəzi təyyarələr gələcəkdə hava yolu şirkətləri tərəfindən yenidən istifadə oluna biləcəkləri üçün xüsusi şərtlərlə qorunurlar

Bir zamanların populiar "Boeing 747" təyyarələri artıq həddindən artıq əlavə xərc tələb etdiyi üçün istifadə olunmur. Avtosfer.az qayanrinfo-ya istinadə xəbər veir ki, XX əsrin hava yollarında istifadə olunan yüzlərlə "Boeing 747" və digər bu kimi təyyarələr bu gün dünyanın ən böyük "təyyarə məzarlıq"larından biri olan Kaliforniyanın cənubundakı hava limanında saxlanılır. "Təyyarə məzarlığı" olaraq bilinən Cənubi Kaliforniya hava limanı Kaliforniyanın Viktorville şəhərində yerləşir. Moceyv çölündə yerləşən bölgə ilıq və quru havasına görə sıradan çıxmış təyyarələri saxlamaq üçün ideal yer hesab olunur. "Məzarlıq"dakı bəzi təyyarələr gələcəkdə hava yolu şirkətləri tərəfindən yenidən istifadə oluna biləcəkləri üçün xüsusi şərtlərlə qorunurlar. Burada təyyarələrin ən dəyərli hissəsi hesab olunan motorları çıxarılıb saxlanılır. Bəzi təyyarələr isə böyük zədələr aldığından hissələri artıq satılıb. "British Airways", "Singapore Airlines", "Air New Zealand" və "Cathay Pacific" kimi şirkətlərin sıradan çıxmış təyyarələri burada saxlanılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh