Dünyanı heyrətə salacaq teleskopun inşası başladı

Texnologiya 28 May 2017 17:30 Oxunub 2019
Dünyanı heyrətə salacaq teleskopun inşası başladı
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Tikinti 1 milyard avroya başa gələcək

Çilinin Atakama səhrasında “Böyük Avropa ekstremal teleskop”nun inşasına başlanılıb. Avtosfer.az-ın teleqraf.com-a istinadən məlumatına görə, ekzoplaneti araşdıracaq aparat 2024-cü ilədək inşa olunacaq və dünyanın ən nəhəng teleskopu olacaq. Tikintinin təməlini Çili Prezidenti Mişel Baçelet qoyub. “Burda təkcə teleskop deyil, həm də elm və texnologiyanın mühüm sübutlarından biri, eyni zamanda beynəlxalq əməkdaşlıq inşa ediləcək”, - deyə, Çili Prezidenti qeyd edib. Avropa Cənub Rəsədxanası layihəsini maliyyələşdirənlərin sözlərinə görə, tikinti 1 milyard avroya başa gələcək.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh