Avtomobil adlarının - Mənaları

Avtoxəbər 28 May 2017 20:00 Oxunub 5552
Avtomobil adlarının - Mənaları
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bəs bu avtomobilərin adları hansı mənaları bildirir?

Hər gün yolarda minlərlə avtomobil şütüyür. Bəs bu avtomobilərin adları hansı mənaları bildirir?

Avtosfer.az-a moderator.az-a istinadən bu adların mənalarını təqdim edir:

Mitsubişi: Avtomobilləri ilə məşhur olan yapon ağır sənaye şirkəti "Mitsubişi" adını qədim yapon döyüşçüləri samurayların emblemindən götürüb. Emblem "mitsu" (üç) və "bişi" (almaz) kəlmələrininin birləşməsindən yaranıb.

Mazda: Şirkət adını qanadlarını açmış bəyaz bir qartala bənzədilən, zərdüştlərin bilgəlik tanrısı Ahura Mazdadan götürüb.

Hundai: Şirkətin adı Koreya dilində “çağdaş, modern” anlamına gəlir.

Sanq Yonq: Cənubi Koreyada avtomobil müəlliminin adı, “əkiz əjdər” anlamına gəlir.

Kia: Koreyanın 2 böyük avtomobil firması KİA-nın açması “Asiyadan doğan” mənasını verir.

Kadillak: 1902-ci ildə ABŞ-da qurulan marka. Adını Detroit şəhərini quran XVI əsrdə yaşamış Fransız səyyah Antoine de la Mothe Kadillakdan götürüb.

Mersedes-Benz: Avstriyalı tüccar Emil Jelinec, 1897-ci ildə qazandığı maşına qızının adı olan “Mersedes”i qoydu və bunun şərəfinə şirkətin qurucuları Gottlieb Daimler və Karl Benz istehsal etdikləri maşınlara "Mersedes" adını verməyə başladılar.

Pontiak: ABŞ-da tanınmış marka adını 1700-cü illərdə yaşamış qızıldərili Şefi Pontiak Obvandiyagdan götürüb.

Subaru: Japon avtomobil markası "Subaru" adını Taurus ulduzunun yaponcadakı adından alır.

Dacia: Rumıniyanın ən böyük avtomobil firması "Dacia", eyni zamanda, Rumıniyanın qədim zamanlardakı adıdır.

Cip: Hərbi məqsədlə istehsal edilməyə başlayan "Cip" adı cizgi filmi obrazı Temel Reisdəki “Eugene the Jeep” adlı bir heyvandan götürüldüyü bildirilir. Markanın xarakterinə görə maşın "Jeep" (Cip) deyə adlanmağa başladı.

Leksus: Latıncada "qanun" mənasını verən ada sahib şirkət "Toyota"nın lüks avtomobil markasıdır.

Şkoda: Çex avtomobil firması adını qurucusu Emil von Şkodadan götürüb. Dövrün ən böyük silah istehsalçılarından olan "Şkoda" çex dilində “hasarlı” mənasını verir.

Volksvagen: Almanca “Xalq maşını” anlamına gəlir.

Audi: "Audi" kəlməsi latınca “duydum, eşitdim” mənasını bildirir.

Aston Martin: İngilis idman avtomobil istehsalçısı Aston Martin, adını qurucularından biri olan Lionel Martinin adından və Aston təpəsindən götürüb.

BMW: BMW-nin açması "Bayerische Motor Werke" (Bayer Motor Fabriki) deməkdir.

SAAB: İsveç firmasının açması "Svenska Aeroplan Aktie Bolage"dir (İsveç Uçaq Anonim Şirkəti) və ilk olaraq müdafiyə sənayesi olaraq qurulmuşdur.

Alfa Romeo: 1910-cu ildə A.L.F.A. (Anonima Lombarda Fabbrika Automobili) adıyla qurulan şirkət sonradan "Alfa Romeo" adlandı.

FİAT: İtalyan avtomobil firması FIAT-ın açması "Fabbrica İtaliana Avtomobili Torino"dur.

Tesla: Amerikalı elektrikli idman avtomobilinin yaradıcıları bu markaya tanınmış alim Nikola Teslanın adını veriblər.

Volvo: İsveç avtomobil firmasının mənası “dönür” anlamına gəlir.

İnfiniti: "Nissan"ın ABŞ-da qurduğu lüks avtomobil markasıdır. Adı ingiliscədə “ucsuz bucaqsız” anlamına gəlir.

Ford: Adını Henri Forddan götürüb.

Opel: Adını qurucusu Adam Opeldən götürüb.

Honda: Şirkət adını qurucusu Soiçiro Hondadan götürüb.

Porşe: Şirkət tanınmış "Voksvage"nin "Kaplumbağa" modelini dizayn edən mühəndis Ferdinand Porşenin oğlu Ferri Porşe tərəfindən qurulmuşdur.

Suzuki: Adını qurucusu Miçio Suzikidən alıb.

 

Ferrari: İtalyan məşhur lüks avtomobil şirkəti adını qurucusu, tanınmış yarışçı Enzo Ferraridən götürüb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh