Düz 1 ildir bahalı avtomobilini oradan çıxara bilmir - FOTOLAR

Maraqlı 29 May 2017 02:02 Oxunub 14157
Düz 1 ildir bahalı avtomobilini oradan çıxara bilmir - FOTOLAR
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Harada olduğunu öyrənincə şok olacaqsınız

Eskişehirdə market sahibi, 37 yaşlı Çingiz Önal, 1 il əvvəl ziyarətə getdiyi atasının yaşadığı mənzildə, avtomobil lift trosunun qopması nəticəsində avtomobili ilə təxminən 6 metrdən düşüb. Avtosfer.az sfera.az-a istinadən bildirir ki, hadisədə yanında olan 1.5 yaşlı qızı Belinay və özünün yara almadan xilas olduqlarını ifadə edən Önal, avtomobilini bir ildən çox müddətdir olduğu yerdən çıxara bilmədi. Qəzanı yara almadan sovuşduran Cengiz Önal və qızı Belinay ev sakinlərinin köməyi ilə çıxarıldı. Hadisəni məhkəməyə daşıdığını, 3-cü Ədliyyə Hüquq Məhkəməsində ev rəhbərliyi haqqında açılan iddianın sürdüyünü deyən Çingiz Önal avtomobilinin hələ də qəza yerində olduğunu ifadə etdi. Önal, belə danışdı: "Bu hadisə insanların başına çox asan gələ biləcək bir qəza deyil. Qəza demirəm, laqeydlik deyirəm. Qızımla bərabər avtomobilimi minib liftlə çıxarkən ən üst səviyədəykən kəndirlər qopduğu üçün birlikdə yerə çırpıldıq. Avtomobilimin üzərinə kəndirlərin sarıldığı çarx qurğusu düşdü. Normal liftlərdə düşmə anında əyləc sistemi açılır. Təəssüf ki, belə tonnajlı bir liftdə bu sistemin olmadığını gördük. Qəzadan 2 gün əvvəl liftin yardım edildiyi ev dəftərində görünür. Lazımlı orqanlara müraciət etdik. Lakin üzərindən bir il keçməsinə baxmayaraq hər hansı bir irəliləmə qeyd edə bilməmişik.

Səlahiyyətlilərdən bu prosesin sürətləndirərək, avtomobilin buradan çıxarılmasını və zərərimin qarşılanmasını istəyirəm".

Cengiz Önal maşını olduğu yerdən çıxarmaq üçün görüşdüyü bəzi kran firmalarılarının çox yüksək ödəniş istədiklərini əlavə etdi.





ŞƏRH YAZ
Ad

E-mail

Şərh