Dubay polisinin avtomobilləri rekord qırdı – FOTO

Avtodünya 29 May 2017 19:33 Oxunub 3039
Dubay polisinin avtomobilləri rekord qırdı – FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bu avtomobil dünyanın ən sürətli polis maşını olaraq Ginnesin Rekordlar Kitabına düşüb

Dubay polisi dünya ölkələri içərisində öz imicini yüksəltmək üçün 2013-cü ildən etibarən ən son model avtomobillərlə təchiz edilib. Avtosfer.az xəbər verir ki, Dubayın polis təşkilatlarına aid super avtomobillərin içərisində ən önəmlisi "Bugatti Veyron" hesab olunur. Bu avtomobil dünyanın ən sürətli polis maşını olaraq Ginnesin Rekordlar Kitabına düşüb.

1000 at gücünə malik mühərrik 16 silindrlidir. 0-dan 100km/saat sürətə 2.5 saniyəyə çatır. Maksimal sürəti - 404 km/saatdır.

Daha əvvəlki rekord isə İtalya polisinə aid olan "Lamborghini Gallardo LP560-4" avtomobilinə məxsus olub. Avtomobilin maksimal sürəti 370 kmsaatdır.

"Lamborgini Aventador" və "Ferrari FF" markalı avtomobillərin yer aldıqları sırada ikinci ən önəmli avtomobil maksimal sürəti 354 kmsaat olan Aston Martindir. 0-dan 100 kmsaat sürətə 3.7 saniyəyə çatır.

"Lamborgini Aventador"un maksimal sürəti isə 349 km/saatdır.

"Ferrari FF" isə Dubay polisindəki dördüncü ən sürətli avtomobildir. Maksimal sürəti 334 km/saatdır. 0-dan 100 kmsaat sürətə isə 3.7 saniyəyə çatır.

 

"Bentley Continental GT" maksimal sürəti 331 km/saatla beşinci, maksimal sürəti 329 kmsaat, 0-dan 100kmsaat sürətə 3.2 saniyəyə çatan "Audi R8" isə altıncı yerdədir. 300 min dollar dəyərində olan "Mersedes-bents Brabus G 700" avtomobilinin mühərriki isə 563 at gücündədir. (publika.az)

 

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh